Əssaləmu əleykum, Гость | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət...
Bölmələr
Meqaleler [2]
Meqaleleri burada oxuyun
İstifadəçi girişi
Bizim layihə
Reklam bloku

                                 Bir neçə söz

Bəlkə bu gün çoxlarını bu sual maraqlandırır. Bəziləri bunun üçün cild-cild kitablar oxuyur, bəziləri kimdənsə eşitdikləri üzərində düşünür. Çətin ki, bu yollarla İslamı tanıyasan, onu həyatına qatasan. Bəs niyə İslamı öz daxilimizdə axtarmağa çalışmırıq? Axı İslamı göndərən də, bizi yaradan da bir Tanrıdır. Məgər biz həyatımızdakı bu mənəvi boşluğu görməyəcək qədər koruqmu? Bir gün ətrafımızdakı hər kəs bizi tərk etsə, düşündükmü ki, kimə sığınacağıq, kimi özümüzə dayaq biləcəyik?

Yəqin ki, “Məni kim yaradıb?”, “Bəşər necə yaranıb?”, “Ölümdən sonra mən yoxmu olacam?”  kimi sualları öz-özünə verməyən kəs tapılmaz. Doğrudan da insan düşündükcə düşünür, bu ucsuz-bucaqsız sonsuzluğa doğru uzanır. İnsan düşüncəsi sonda bütün bunların ilahi bir qüvvə tərəfindən idarə olunduğuna inanmaq istəyir. Amma bu da narahatçılığa son qoymur: “Bəs bu Tanrını kim yaradıb?”. Məhz buradan bu boşluq yaranır. Bu boşluğu doldurmaq üçün mütləq Tövhid dinini öyrənmək lazım gəlir. Çünki “İlahi termini” tam məntiqi izah edə bilən və nəhayət sübuta yetirən yeganə prinsip, Tövhid, yəni “Təkallahlılıq” prinsipidir ki, bu da İslam dininin əsasını təşkil edir. Bu prinsipə görə hər şey yeganə ilahi qüvvə olan Allah tərəfindən yaradılıb. Onun kim tərəfindən yaradıldığına gəldikdə isə O yaradılan yox, yalnız yaradan bir qüvvədir. Allahın məkanı yoxdur, o heç yerə sığmaz, O cismani bir varlıq deyil, Onun tayı-bənzəri yoxdur, O heç kimə möhtac deyil, hər kəs Ona möhtacdır. Zaman Onun əlindədir və O bizim kimi zamana itaət etmir. Bu barədə İslamın müqəddəs kitabı olan “Qurani-Kərim”də buyurulur: De: O Allah birdir (heç bir şəriki yoxdur); Allah möhtac deyildir (və ya əbədidir)! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!”. Qeyd olunan ayələr “əl-İxlas” surəsindən sitat gətirilmişdir. Bu surənin nazilolma səbəbləri də məhz yuxarıda qeyd olunan suallara cavab vermək məqsədilədir. Belə ki, bir neçə yəhudi alimi Həzrət Peyğəmbərdən (s) Allahın zati sifətləri barədə soruşur, Allah-Təala da bu suallara cavab vermək üçün bu surəni nazil edir.

İslam təkcə təkallahlılığı insanlara tanıtdırmaqla kifayətlənmir. Həmçinin onlara Allahın qanunlarını, insanların nə məqsədlə yaradıldığını, bəşəriyyətin hüquqlarını çatdırır. Bunun üçün müsəlmanların ən böyük mənbələri Qurani-Kərim və Peyğəmbərdən (s) nəql olunan hədislərdir.

Qeyd etdiyimiz ki, insanı çox suallar maraqlandırır, bunlardan biri də onun nə üçün yaradıldığıdır. Bu barədə Quranda Allah-Təala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“əz-Zariyat”, 56). Elə bu ayə insanın yaradılış səbəbini tam izah edir. Bəziləri etiraz edərək, “Bəs biz elə bütün günü ibadət etməliyik?! Bizim başqa işimiz olmamalıdırmı?!” deyə bilər. Amma İslam əsla buna razı olmaz. Çünki İslam insana ailə qurmağı, cəmiyyətdə özünə yer tapmağı, halal yolla pul qazanmağı əmr edir. İbadətlər arasında ən müntəzəm olaraq yerinə yetiriləni namazdır. Bu haqqda Quranda buyurulur: “Çünki namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir” (“ən-Nisa”, 103).  Qeyd olunduğu kimi namaz ancaq müəyyən vaxtlarda vacibdir, digər ibadətlər də, məsələn oruc da ildə bir dəfə vacib olur.

Düşündürücü suallardan biri də ölümdən sonrakı həyatla bağlıdır. “Biz öləndən sonra nə olacaq?”, “Biz yoxmu olacağıq?” kimi suallara tez-tez rast gəlmək olar. İslam əqidəsinə əsasən insan öldükdən sonra onun üçün yeni, əbədi bir həyat başlayır. Əvvəlcə o qəbir (bərzəx) həyatı yaşayır. Burada ona bəzi suallar verilir (Bu haqqda ətraflı yazını başqa bölmələrdə tapa bilərsiniz).  Əgər o  kafirdirsə qəbirdə əzab görər, əgər mömindirsə bəlkə bir müddət, bəlkə heç əzab görməz.

Ən sonda isə qiyamət qopar, bütün bəşəriyyət məhvə düçar olar və sonra Allahın əmri ilə bütün insanlar qəbirlərindən çıxaraq bir yerə toplaşar və əməllərinin hesabını verməyə başlayarlar. Məhz həmin böyük gün İslamın ucalığı hiss olunacaq. Allah-Təala məzlumun haqqını özünə qaytaracaq, zalımı əbədi əzaba düçar edəcək, məhz bu gün çoxları müsəlman olmaq istəyəcək, çünki Allah-Təalanın insanlara layiq gördüyü yeganə din “İslam”dır. Bu haqqda Quranda buyurulur: “Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!” (“əl-Hicr”, 2).

Amma İslam Allah-Təalanın dindir və bu din sevgi, əxlaq dindidir və bu dində məcburiyyət yoxdur: “Dində məcburiyyət (zorakılıq) yoxdur” (“əl-Bəqərə”, 256).

Müqəddəs İslam dininin təlim və göstərişləri 3 yerə bölünür:

  •   Əqidələr
  •   Əməllər
  •   Əxlaq
  • Bir ayə

    “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (“Ali İmran”, 85).

    Peyğəmbərdən (s) hədis

    “Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız” (“Xisal”, 322).

    Təqvim
    «  Март 2024  »
    ПнВтСрЧтПтСбВс
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Axtarış
    Reklam bloku
    Sayğac

    İndi saytda: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0
    Müstəqil İslam saytı © 2024
    Təkliflər və iradlar üçün:
    islamiyyet@bk.ru
    Materiallardan istifadə edərkən istinad zəruridir!
    Конструктор сайтов - uCoz